Banan sinir sistemini möhkəmləndirir

A- A A+

Banan sinir sistemini möhkəmləndirməyə, əhvali-ruhiyyə, yuxu, yaddaşın sabitləşməsi və ya yaxşılaşdırılmasına nail olmağa kömək edir. Onun tərkibində triptofan amin turşusu var, bunun sayəsində də banan antioksidant kimi təsir edir. NUHÇIXAN İnformasiya Agentliyi “MedikForum”a istinadla xəbər verir ki, orqanizmə nüfuz edərək, triptofan “sevinc hormonu” adlandırılan serotoninə çevrilir.

Qışda, əgər insanda bu meyvəyə fərdi əks göstəricilər yoxdursa, bananın qəbulu çox faydalıdır. Meyvənin tərkibində olan maqnezium sayəsində bananın istehlakı stressi azaltmağa və orqanizmin sinir yorğunluğuna davamlılığını artırmağa kömək edir”.

Bananın tərkibində yüksək səviyyədə olan B6 vitamini var. Ekspertlər hesab edirlər ki, bu vitamin sinir sisteminin fəaliyyəti üçün çox vacibdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: