Pfizer və BioNTech şirkətləri qripə və COVID-ə qarşı vahid vaksin yaradılması üçün tədqiqat aparırlar

A- A A+

Pfizer və BioNTech şirkətləri qripə və koronavirusa qarşı kombinə edilmiş vaksin yaradılması üçün tədqiqatların birinci mərhələsinə başlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi şirkətlərin press-relizinə istinadla xəbər verir ki, bu tədqiqatın məqsədi “cəmi bir vaksinin köməyi ilə bu iki ciddi respirator xəstəliyinə qarşı mübarizə aparmaqdır”. Preparatın təhlükəsizliyinin öyrənilməsi üzrə tədqiqatlar çərçivəsində “ilk iştirakçı müalicə kursu keçib”.

BioNTech şirkətinin həmtəsisçisi Uğur Şahin deyib: “Biz insanlara daim dəyişən virusların törətdiyi və vaksinləri daim adaptasiya etmək lazım gələn iki ciddi respirator xəstəliyinə qarşı səmərəli immunlaşma üsulunu təklif etmək istəyirik”.

Yarım il davam edəcək tədqiqatların birinci fazası çərçivəsində yaşı 18-dən 64-ə qədər olan 180 ABŞ sakini kombinə edilmiş vaksinlə peyvəndlənəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: