Kəngərli rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyi qeyd edilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Kəngərli rayonunda Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri  düzüblər.

Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının Sədri Sevda Quliyeva bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı ilə Yeni Azərbaycan Partiyası iqtidar partiyası statusu qazanıb.

Diqqətə çatdırılıb ki, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı hazırda 31 ərazi ilk partiya təşkilatı ətrafında 3 min 318 nəfər üzvü birləşdirir. Onlardan 43 faizi qadınlar, 39 faizi gənclərdən ibarətdir.

Sevda Quliyeva partiyanın 30 illiyi münasibətilə bütün üzvləri təbrik edib.

Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov bildirib ki, Kəngərli rayonunu bilavasitə Yeni Azərbaycan Partiyasının quruculuq prinsipləri əsasında formalaşıb. Ötən dövrdə rayonun bütün yaşayış məntəqələrində kompleks tikinti-quruculuq tədbirləri aparılıb, yeni sosial obyektlər tikilib, yollar abadlaşdırılıb, tarixi abidələr əsaslı şəkildə bərpa olunub. Görülən işlərin nəticəsində rayonun turizm potensialı dəfələrlə artıb, Kəngərli muxtar respublikanın ən gözəl rayonlarından birinə çevrilib. Sahibkarlığın inkişafına göstərilən hərtərəfli dövlət qayğısı nəticəsində bölgədə çoxsaylı yeni istehsal müəssisələri yaradılıb, kənd təsərrüfatının müxtəlif sahələrində uğurlu nəticələr əldə olunub.

Kamal Ələkbərov təşkilat üzvlərini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Veteranlar Şurasının üzvü Vəli Əsədovun, Yeni Kərki kənd tam orta məktəbinin müəllimi Vəfa Məmmədovanın, partiyanın fəal gənc üzvü Kənan Məmmədovun çıxışları dinlənilib.

Tədbirdə partiyanın sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim edilib, partiya veteranı və fəallarına fəxri fərman və hədiyyələr verilib.

Sonda Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə konsert proqramı təqdim olunub.

                                                                       Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: