Hakimlərə məzuniyyət və müalicə üçün iki aylıq əmək haqqı məbləğində verilən müavinətlər ləğv edilib
Azərbaycanda hakimlərə məzuniyyətə çıxdıqda verilən iki aylıq əmək haqqı məbləğində müavinət ləğv edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Bundan əlavə, qərarla hakimlərə müalicə olunması üçün verilən iki aylıq əmək haqqı məbləğində pul təminatı da ləğv edilib.