Şagirdlərin tibbi müayinələrinə başlanılıb

A- A A+

NUHÇIXAN-ın məlumatına görə, dərin tibbi müayinələr Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkimləri tərəfindən aparılır. Müayinələrin aparılması üçün xəstəxanada  cərrah, pediatr, nevropatoloq, LOR, ginekoloq, stomatoloq, fiziatr və digər ixtisaslı həkimlərdən ibarət briqada təşkil edilib. İlk müayinələr Naxçıvan şəhərinin 1, 2 və 3 nömrəli tam orta məktəblərində aparılıb. Şagirdlər ixtisas həkimləri tərəfindən yoxlanılıb.

Dərin müayinələr zamanı şagirdlərdə hər hansı bir xəstəlik aşkarlanırsa, həmin şagirdlər  dispanser qeydiyyatına götürülərək Mərkəzi Uşaq Xəstəxanasına dəvət olunurlar. Xəstəliyi dəqiqləşdirilən şagirdlər üçün burada müvafiq müalicə prosedurları təşkil edilir.

                                                           Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: