NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə İbadulla kəndində tədbir keçirib.
Bildirilib ki, bu il dövlət müstəqilliyimizin 27 ili tamam olur. Ötən illərdə demokratik, hüquqi-dünyəvi dövlət qurulub, onun təsisatları yaradılıb, ölkəmizin həyatında müsbət mənada böyük dəyişikliklərə nail olunub, eyni zamanda dövlət müstəqilliyi möhkəmləndirilib.
Vurğulanıb ki, müstəqillik illəri ərzində Naxçıvan Muxtar Respublikası əsrə bərabər inkişaf yolu keçib. Bu gün qədim diyar ulu öndər Heydər Əliyev ideyalarının işığında həyatının yeni və ən parlaq dövrünü yaşayır.
Tədbirdə məktəblilər ulu öndərə həsr olunmuş şeirlər deyiblər.
Sonda Yeni Azərbaycan Partiyasına qəbul edilən bir qrup gəncə vəsiqələr təqdim olunub.
Turab Hacızadə