Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Sədərək rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdlərinin rayon Tarix-Diyarşünaslıq Muzeyinə gəzintisi təşkil edilib.
Burada şagirdlərə müstəqillik günü və dövlətimizin keçdiyi inkişaf yolu haqqında məlumat verilib. Gəzinti Sədərək rayon Gənclər və İdman idarəsi, Yeni Azərbaycan Partiyası Sədərək rayon Təşkilatı Gənclər Birliyinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib. “18 oktyabr – Milli Müstəqillik Günü” nə həsr olunan gəzintidə 25 nəfər məktəbli iştirak edib.