Məktəblilər arasında Şahmat üzrə Muxtar Respublika Birinciliyinə start verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şahmat Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdikləri muxtar respublika  birinciliyində Naxçıvan şəhərini və rayonları təmsil edən 8 komanda yer alıb. Hər komandada 4 oğlan və 2 qız şahmatçı var. Reqlamentə əsasən nəticələr dairəvi sistem üzrə hesablanır.

Şəhər və rayon birinciliklərində qalib gələn şahmatçılar bu dəfə final mərhələsində güclərini sınayırlar. Oktyabrın 12-də başa çatacaq muxtar respublika birinciyinin qalibləri diplom və kubokla mükafatlandırılacaqlar.

Emil Səmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: