“Zəfərin enerjisi” filmi təqdim edilib - VİDEO

A- A A+

44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsi, bu proses zamanı mina təhlükəsi, soyuq, qar, şaxta, sıldırımlı dağlar, yolsuzluq, şəraitsizlik, sıx meşəlik və çətin relyef olmasına baxmayaraq görülən işlərlə bağlı “AzərEnerji” ASC-nin ictimaiyyətlə əlaqələr mərkəzi tərəfindən “Zəfərin enerjisi” adlı film hazırlanıb.

ASC-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, filmdə ümumilikdə 22 enerji obyekti üzrə 4 su elektrik stansiyasının, 9 rəqəmsal yarımstansiyanın və 1 Regional Rəqəmsal İdarəetmə Mərkəzinin tikilərək Prezident İlham Əliyevin iştirakı ilə istismara verilməsindən, 5 yerdə kiçik su elektrik stansiyası və 3 yerdə yarımstansiyanın tikintisinin davam etməsindən bəhs olunur. Filmdə, həmçinin 30 illik həsrətdən sonra işğaldan azad edilən bütün rayonlarda bu gün artıq Azərbaycan işığının yandığı vurğulanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: