Yanğın təhlükəsizliyi orqanlarının yaradılmasının 100 illiyi qeyd olunub

A- A A+

Oktyabrın 10-da Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində Yanğın təhlükəsizliyi orqanlarının yaradılmasının 100 illiyi və yanğınsödürənlərin peşə bayramı münasibətilə tədbir keçirilib.

NUHÇIXAN xəbər verir ki, tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar naziri, general-leytenant Şamı Abdullayev açıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov yanğın təhlükəsizliyi orqanlarının yaranmasının 100-cü ildönümü münasibətilə kollektivi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından təbrik edib.

Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 oktyabr tarixli Sərəncamı ilə hər il oktyabrın 10-u yanğınsöndürənlərin peşə bayramı kimi qeyd edilir. 100 il bundan əvvəl yaranan yanğın təhlükəsizliyi orqanları mühüm inkişaf yolu keçib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə digər hüquq mühafızə orqanları kimi fövqəladə hallar orqanlarının da inkişafı təmin edilib və fəaliyyətlərinin müasirləşdirilməsi üçün tədbirlər görülüb. Yanğın təhlükəsizliyi orqanları da muxtar respublikada diqqət və qayğı ilə əhatə olunub, görülən məqsədyönlü tədbirlər nəticəsində yanğından mühafızə sistemi təkmilləşdirilib, maddi-texniki baza, təminat və təchizat gücləndirilib, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşdırılıb. Dövlət Yanğm Təhlükəsizliyi şöbəsi idarə statusu alıb, onun yerli qurumlarının  səlahiyyətləri artırılıb, bu orqanın normal fəaliyyət göstərməsi üçün mövcud inzibati binalar əsaslı təmir edilib, yeni inzibati binalar və texniki qarajlar tikilərək istifadəyə verilib. Hazırda müasir yanğınsöndürmə avtomobilləri və radiostansiyalarla təmin olunmuş yanğın təhlükəsizliyi orqanları ixtisaslı kadrlarla da komplektləşdirilib. Yanğın təhlükəsizliyi orqanları yanğınların qarşısının alınması və söndürülməsi ilə yanaşı, yol-nəqliyyat qəzalarının nəticələrinin aradan qaldırılmasında və xilasetmə işlərinin aparılmasında da iştirak edirlər.

Cəlil Rüstəmov deyib ki, yanğın təhlükəsizliyi orqanlarının əldə etdiyi nailiyyətlər və yanğınsöndürənlərin əməyi daim diqqət mərkəzində saxlanılıb və qiymətləndirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının bir qrupunun təltif olunması muxtar respublika rəhbəri tərəfindən bu orqanın fəaliyyətinə göstərilən diqqətin daha bir ifadəsidir.

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar naziri, general-leytenant Şamı Abdullayev bildirib  ki, ötən 100 ildə yanğınsöndürənlərimiz öz peşəkarlığı və fədakarlığı ilə daima seçilib,  insanların həyatını və əmlakını, xalqın sərvətini yanğın kimi fəlakətlərdən qorunması naminə səy və bacarıqlarını əsirgəməyiblər. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə yanğından mühafizə xidmətinin maddi-texniki və nоrmativ-hüquqi bazasının genişləndirilməsi, kadr ehtiyatının yaradılması, şəxsi heyətin peşə hazırlığının artırılması kimi vacib məsələlər öz həllini tapıb, “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub.

Bu gün muxtar respublikada yanğından mühafizə xidməti günün tələbləri səviyyəsində qurulub. 2008-ci ildə Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və Naxçıvan şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin inzibati binası və texniki qarajı əsaslı təmir edilib, 2009-2015-ci illərdə isə Kəngərli, Şahbuz, Оrdubad, Şərur, Babək və Sədərək rayоn Dövlət Yanğın Təhlükəsizliyi Şöbələri üçün yeni inzibati binalar və texniki qarajlar tikilərək şəxsi heyətin istifadəsinə verilib. Yanğın təhlükəsizliyi оrqanlarının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə sоn  illərdə

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasında yanğın təhlükəsizliyi sahəsində səmərəli fəaliyyətinə görə təltif olunmuş əməkdaşlara “Rəşadətli əməyə görə” nişanları təqdim olunub. Həmçinin bir qrup əməkdaşa yeni rütbələr və fəxri fərmanlar verilib.ən müasir yanğınsöndürmə avtоmоbilləri, nəfəs aparatları, kоmpressоrlar, istiliyə davamlı xüsusi döyüş paltarları, xilasedici kəndirlər, su nasоsları, müxtəlif diametrli yanğın şlanqları, avadanlıqlar, cihaz və əşyalar, bütün şəxsi heyət üçün gündəlik və səhra geyim fоrmaları alınıb. Həmçinin yanğın təhlükəsizliyi оrqanlarında ixtisaslı kadrların hazırlanması istiqamətində də tədbirlər görülüb. Belə ki, 117 nəfər Azərbaycan, Ukrayna və Belarusiya Respublikalarının akademiyalarına, Bakı Yanğın Texniki Məktəbinə təhsil almağa göndərilib. Onlardan çoxu təhsillərini başa vuraraq bu gün Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və оnun yerli qurumlarında xidmətlərini davam etdirirlər. Şamı Abdullayev göstərilən diqqət və qayğıya görə Ali Məclis Sədrinə kollektiv adından minnətdarlığını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: