Naxçıvanda şəhid məzarları ziyarət olunub - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Naxçıvan şəhərində bayram izdihamı yaşanıb. Üçrəngli bayrağımızla bəzədilən şəhərimizin küçə və prospektlərinə toplaşan sakinlər yürüşə çıxıb, coşğu ilə Zəfər Gününü qeyd ediblər. Təbii ki, belə bir günü bizə bəxş edən şəhidlərimiz də unudulmayıb, şəhid məzarları ziyarət edilib.

Bu gün minlərlə sakin və ictimaiyyət nümayəndələri Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanı və şəhid məzarlarını ziyarət ediblər. Gənclər Dövlət Bayrağı Meydanından başlayaraq Şəhidlər Xiyabanınadək yürüş təşkil edib, üçrəngli bayrağımızı dalğalandıraraq qələbə şüarları səsləndiriblər. Yürüşdə iştirak edən Gənclər və İdman Nazirliyinin könüllüləri, tələbələr, məktəblilər, idmançılar və Heydər Əliyev adına Hərbi Liseyin kursantları Naxçıvan şəhərində yeni salınan Zəfər Parkını da ziyarət ediblər.

Şəhidlər Xiyabanını ziyarət edən gənclər şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İctimaiyyət nümayəndələri, minlərlə sakin şəhidlərin məzarlarını ziyarət edib, qəhrəman övladlarımızın uyuduğu məzarları gül dəstələrinə qərq edib, dualar oxuyub, ərazi bütövlüyümüz uğrunda canından keçən igidlərimizi minnətdarlıqla yad ediblər.

Şəhidlik məqamına qovuşan oğullarımız bizə Qələbə sevinci, sonsuz qürur hissi yaşadır. Torpaq uğrunda, Vətən yolunda şəhid olan, onun keşiyini çəkib Vətən daşına dönən oğullar heç vaxt unudulmur, əbədi yaşayırlar.                                   

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: