Ordubadda Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi qeyd olunub

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ordubad rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.

Ordubad Rayon Mədəniyyət Sarayında davam etdirilən tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri Etibar İsmayılov bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkəmizin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaradılaraq uğurlu bir yol keçib.

Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatında 56 ərazi təşkilatı mövcuddur və onlar öz sıralarında  6677 üzvü birləşdirir. Üzvlərdən 3240-ı qadınlar, 1615-i isə gənclərdir. 2022-ci ilin ötən dövründə Ordubad rayonunda 98-i gənc, 68-i qadın olmaqla 147 nəfər Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunub. Partiya üzvləri rayonun, eləcə də muxtar respublikanın ictimai işlərində fəal iştirak edirlər.

Ordubad  Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov tədbir iştirakçılarını təbrik edərək bildirib ki, partiyanın qurucusu, ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla həyata keçirilməsi nəticəsində Ordubad rayonunda da davamlı sosial-iqtisadi inkişafa nail olunub, rayonun yaşayış məntəqələri müasir görkəmə qovuşub. Vurğulayıb ki, bu işlərin davamı olaraq cari ildə Ordubad rayonunda 22 obyektdə tikinti işləri aparılıb, əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cəbi Quliyev, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı İdarə Heyətinin üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Tofiq Babayev, Ordubad şəhər 1 nömrəli tam orta  məktəbin gənc müəllimi Günay Qəmbərova və partiyanın fəal gənclərindən Nurlan Səfərli çıxış ediblər.

Tədbirin davamında Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş gənclərə partiya vəsiqələri, Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə bir qrup partiya veteranı və fəallarına hədiyyələr və fəxri fərmanlar  təqdim olunub.

Tədbir  konsert  proqramının təqdimatı ilə yekunlaşıb.

                                                                      Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: