“Əl Hərir” portalı bir qrup əcnəbi blogerin Şuşaya səfər edəcəyi barədə xəbəri yayımlayıb

A- A A+

Əlcəzairin “Əl Hərir” informasiya portalında bir qrup əcnəbi blogerin Şuşaya səfər edəcəyi barədə xəbər yayımlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, xəbərdə qeyd olunub ki, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu, Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi) təşəbbüsü ilə bu il noyabrın 20-27-də “Show Me Azerbaijan” (Mənə Azərbaycanı göstər) layihəsi çərçivəsində bir qrup xarici blogerin Azərbaycana səfəri planlaşdırılır. ABŞ, Fransa, Rusiya, İspaniya, İndoneziya, Qazaxıstan, Türkiyə, Misir və ümumilikdə sayı 10-dan çox ölkəni təmsil edəcək blogerlər Şuşa, eləcə də İsmayıllı və Şəki şəhərlərində olacaqlar.

Xəbərdə diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən, bu ilin “Şuşa İli” elan olunması ilə əlaqədar bu şəhərə ediləcək səfər çərçivəsində xarici blogerlər Qarabağın təbiəti, mədəni abidələri və tarixi yerləri, xüsusilə, Şuşanın Azərbaycana aid olmasını sübut edən mədəni irs, o cümlədən, erməni işğalının nəticəsi kimi yaşayış və mədəni abidələrin vandalizmə məruz qalması, hazırda həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olacaq, öz təəssüratlarını dünyaya çatdıracaqlar. Onlar üçün ikigünlük təlimin təşkili də nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: