Şahbuzlu gənclər Qarabağlar Türbə Kompleksində olublar - FOTOLAR

670

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonundan bir qrup gənc Qarabağlar Türbə Kompleksində olub. Gənclər kompleksdə xalqımızın həyat tərzini əks etdirən qədim məişət əşyaları, ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri ilə tanış olublar. Kompleks haqqında gənclərə ətraflı məlumat verilib. Qeyd olunub ki, orta əsrlərə məxsus bu abidə təkcə mükəmməl memarlıq nümunəsi deyil. Həmçinin o dövrdə xalqımızın yaşam tərzi, elmə, milli və dini dəyərlərə verdiyi qiymətin əyani nümunəsi sayıla bilər.

Ziyarətçilər kətan üzərində yağlı boya ilə işlənən “Qarabağlar türbəsi” rəsmlərinə, Naxçıvanın tarixini və Qarabağlar Türbə Kompleksi haqqında məlumatları özündə əks etdirən kitablara baxıblar.

                                                                              Röyal Kərimov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: