Şərurun bələdiyyə torpaqlarında yeni meyvə bağları salınıb - FOTOLAR
Muxtar respublikanın bölgələrində yaşıllaşdırma aksiyası artıq ənənə halını alıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ötən gün Şərurun bir sıra kəndlərində ağacəkmə aksiyaları keçirilib, yeni meyvə bağları salınıb. Belə ki, Aşağı Daşarx, Ərəbyengicə, Dərvişlər və Siyaqut bələdiyyələrinin təşəbbüsü ilə müvafiq bələdiyyə torpaqlarını əhatə edən 1 hektardan artıq ərazidə ağacəkmə həyata keçirilib.
Yaşıllaşdırma aksiyasında ictimaiyyət nümayəndələri fəallıq göstərib, ərazilərə ümumilikdə 450-dən artıq şaftalı, ərik və digər meyvə tingləri əkib və suvarıblar.
Şəfa Səfərova