Ağbulaq Xizək Mərkəzinin ətrafında yaşıllıq sahələri artırılır - FOTOLAR

A- A A+

2022-ci ilin payız əkin mövsümündə muxtar respublika ərazisində 85 hektar sahədə toxum üsulu ilə əkin işlərinin aparılmasına dair sxem planlar hazırlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu metodla mövsümün ilk əkini Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən  Ağbulaq Kənd Turizm-İstirahət bölgəsi ərazisindəki Xizək Mərkəzinin ətrafında aparılıb. Dağ yamaclarında 10 hektar sahəyə kəndin təbiətinə xas olan həmərsin, badamça, yemişan, akasiya, sumax və yabanı alça toxumları əkilib.

Qeyd edək ki, bu ilin payızında Zəngəzur Milli Parkının,  Arpaçay Dövlət Təbiət Yasaqlığı və digər ərazilərdə də  yabanı meyvə və meşə ağaclarının toxumları ilə əkin işlərinin  aparılması   nəzərdə tutulub.

                                                 Novruz Məmmədov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: