Nəqliyyat vasitələrinin idarə edilməsində təhlükəsizlik tədbirləri ilə bağlı seminar-məşğələ keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində peşə hazırlığının artırılması kursuna cəlb olunmuş yol-patrul xidmətinin əməkdaşları üçün “Nəqliyyat vasitələrinin idarə edilməsində təhlükəsizlik tədbirlərinin praktikası” mövzusunda seminar-məşğələ keçirilib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tədbirdə Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis kapitanı Ayaz İsmayılov Məhkəmə Ekspertizası Mərkəzi ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib, mövzunun aktuallığı haqqında məlumat verib.

Yol nəqliyyat hadisələrinin başvermə səbəbləri, nəqliyyat vasitələrinin istismar qaydaları və nəqliyyat vasitələrinin təhlükəsiz idarə edilməsi üsulları məsələləri barədə məlumat verən Mərkəzin Yol-nəqliyyat hadisələri ekspertizası bölməsinin eksperti I dərəcəli ədliyyə qulluqçusu Azər Abdullayev qeyd edib ki, piyadaların yola daxil olarkən, sərnişinlərin nəqliyyat vasitəsi ilə gedərkən və nəqliyyat vasitəsindən düşərkən, eyni zamanda sürücülərin yol hərəkəti qaydalarına, ən önəmlisi təhlükəsizlik qaydalarına əməl etməmələri, insanların həyat və sağlamlıqları üçün təhlükə yaradır.

Həmçinin qeyd olunub ki, yol-nəqliyyat hadisələrinin əksəriyyəti sürücülərin avtomobili qeyri-normal idarə etməsi və yol hərəkəti qaydalarına əməl etməməsi nəticəsində baş verir. Ona görə də sürücülər yol hərəkət qaydaları ilə bağlı biliklərini yeniləməli və təkmilləşdirməlidirlər. Sonda yol-patrul xidmətinin əməkdaşlarını maraqlandıran suallara aydınlıq gətirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: