Babək rayonunun Cəhri qəsəbəsi və Didivar kəndi ərazisində  mövsümün ilk ağacəkmə aksiyası keçirilib - FOTOLAR

A- A A+

Diyarımızda ekologiyanın saflaşdırılması, meyvə bağlarının və yaşıllıqların genişləndirilməsi istiqamətində görülən işlər ətraf mühitin saflaşmasına və ən başlıcası insanların sağlamlığına xidmət edir. Cəhri və Didivar Bələdiyyələrinin təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyalarında bu gün ictimaiyyət nümayəndələri fəallıq göstəriblər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Cəhri Bələdiyyəsinin mülkiyyətindəki 1 hektarlıq ərazi əvvəlcədən şumlanıb, ting əkini üçün hazırlanıb. Burada  bölgənin  iqlim şəraitinə uyğun 650 badam tingi əkilib.

Babək rayonun Didivar kəndində isə yeni bağın salınması üçün 0,5 hektarlıq bələdiyyə torpağı əkinə yararlı hala salınıb. Aksiya iştirakçıları əraziyə 300 badam tingi əkiblər.

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: