Dəmiryolçulardan talassemiya və hemofiliya xəstələrinə dəstək - FOTOLAR

A- A A+

İrsi qan xəstəliklərindən əziyyət çəkən, qan köçürülməsinə ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunması üçün növbəti qanvermə aksiyası təşkil edilib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublika  Xəstəxanasında xeyriyyə məqsədilə keçirilən aksiyaya “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları da qoşulub.

Aksiyada əvvəlcə Mərkəzi Qan Bankının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı müəyyən olunub. Onlardan virus, arterial təzyiq və digər yoluxucu xəstəliklərlə bağlı qan analizləri götürülüb, donor kimi aksiyada iştirakları müəyyənləşdirilib.         

Bir neçə saat davam edən aksiyada donorlardan götürülən qan Mərkəzi Qan Bankına təhvil verilib. Qan bankında xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılıb. Tələbatdan artıq donor qanından plazma hazırlanaraq qan bankında saxlanılacaqdır.

Aksiyada “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin 50 əməkdaşı iştirak edib və onlardan 25 litr qan əldə edilərək xəstəxananın Qan Bankına təhvil verilib.

Qeyd edək ki, talassemiya və hemofiliya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması çox vacibdir və bu hal donor qanına olan tələbatı artırır. Bu gün keçirilən aksiyada məqsəd sözügedən xəstəliklərdən əziyyət çəkənlərə, eyni zamanda təcili təxirə salınmaz hallarda xəstələrə dəstək olmaq və onların qana olan ehtiyaclarını qarşılamaqdır.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: