Coğrafiyaçı alim, Ali Məclisin deputatı Nazim Bababəyli vəfat edib

A- A A+

Coğrafiyaçı alim, Ali Məclisin deputatı Nazim Bababəyli ömrünün 69-cu ilində vəfat edib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Nazim Səfərəli oğlu Bababəyli 28 may 1953-cü ildə Naxçıvan şəhərində anadan olub.

Səmərəli fəaliyyəti ilə seçilən alim 2004-cü ildə “Araz çayının yuxarı hissəsinin ekoloji şəraiti” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2003-cü ildən Naxçıvan Dövlət Universitetində Coğrafiya kafedrasının müdiri olan N.Bababəyli həm də “Naxçıvan” universitetində müəllim kimi çalışırdı.

Naxçıvan MR Ali Məclisinin deputatı olan alim Avropa Şurası Regional və Yerli Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvü idi. Əsasən Aerokosmik tədqiqatlar, coğrafi və geoloji ekologiyaya həsr olunmuş 180-ə qədər məqalənin, o cümlədən 6 monoqrafiyanın, ali məktəblər üçün bir neçə proqramın müəllifidir.  

3 övlad atası olan Nazim Bababəyli görkəmli coğrafiyaçı alim Səfərəli Babayevin oğlu, BDU-nun hazırkı rektoru Elçin Bababəylinin qardaşıdır.  

Naxçıvan Teleradiosu ilə də səmərəli əməkdaşlıq edən Nazim Bababəyliyə Allahdan rəhmət diləyir, teleradionun bütün kollektivi adından ailəsinə və yaxınlarına başsağlığı veririk.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: