İmmuniteti möhkəmləndirmək üçün faydalı mövsümi qida məhsulları

A- A A+

Balqabaq, göbələk və xurma soyuq aylarda sağlamlığı möhkəmləndirməyə kömək edir.

NUHÇIXAN İnformasiya Agentliyi “Komsomolskaya Pravda”ya istinadla xəbər verir ki, həkim-diyetoloq Lyudmila Denisenkonun sözlərinə görə, payız-qış dövründə balqabaq yemək çox faydalıdır. Bu tərəvəzin narıncı rəngi yerli immunitet funksiyasını icra edən və viruslar üçün maneə olan selikli toxumaların yaxşı vəziyyətini təmin edən A vitamininə çevrilən çox miqdarda beta-karotin barədə xəbər verir.

Soyuq aylarda xəstəliyin qarşısını almağa kömək edən daha bir faydalı mövsümi qida məhsulu – xurma da beta-karotinlə zəngindir. Bundan başqa, xurmada immun sistemi üçün böyük əhəmiyyət kəsb edən çoxlu miqdarda C vitamini var: onun əldə edilməsi patogenlərlə mübarizə aparan immun hüceyrələrinin istehsalı üçün çox vacibdir.

Payız-qış mövsümündə alma yemək də faydalıdır – onun qəbulu ağciyərin sağlamlığını möhkəmləndirir, respirator xəstəliklərdən orqanizmin müdafiəsini gücləndirir.

Göbələk də immunitetin möhkəmləndirilməsində kömək edə bilər. Bu qida məhsulu D vitamini mənbəyidir. Ən əsası, yoxlanmış göbələk istehlak etmək, çünki yanlış yerdə yığıldıqda onun tərkibində torpaqdan hopmuş zəhərli maddələr ola bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: