YAP-ın 30 illiyinə 30 min ağac əkilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında mövsümün ilk ağacəkmə aksiyaları keçirilib. Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr edilən aksiyalar çərçivəsində 30 min ağac əkilib.

Ölkəmizin əsas siyasi-ideoloji qüvvəsi olan Yeni Azərbaycan Partiyasının təməl ideyasını qurub yaratmaq, davamlı inkişaf etdirmək kimi gələcəyə heablanmış prioritetlər təşkil edir. Ümumilli liderimiz Heydər Əliyevin quruculuq və yaşıllaşdırma siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, muxtar respublikanın yaşayış məntəqələri müasir və abad görkəm alıb, başdan-başa yaşıllıqlarla əhatə olunub.

Bu nəcib əməlləri hər il davam etdirən muxtar respublika sakinləri bu gün mövsümün ilk ağacəkmə aksiyalarını təşkil ediblər. “Yeni Azərbaycan Partiyasının 30 illiyinə 30 min ağac” şüarı ilə keçirilən aksiyaya qoşulan kollektivlər Naxçıvan şəhərindəki bütün yaşıllıqların qayğısına qalıblar.

Gün ərzində davam edən aksiyada meyvə bağlarında, park və xiyabanlarda, magistral yol kənarlarında və digər ərazilərdə minlərlə müxtəlif növ ağac əkilib.

Şərur rayonunun idarə, müəssisə və təşkilatlarının əməkdaşları da YAP-ın yaradılmasının 30 illiyi ilə əlaqədar yaşıllaşdırma aksiyası təşkil edib. Aksiya iştirakçıları Danyeri kəndində 3,5 hektar sahəni əkin üçün yararlı hala salıb. Burada torpaq-hamarlama işləri görülüb, şırımlar açılıb, çalalar qazılıb, ting tədarük edilib. Əraziyə 1250 badam və 150 ərik tingi əkilib. 

Aksiya iştirakçıları Vərməziyar kəndi ərazisində də yeni meyvə bağı salıblar. Əraziyə əkilən 250 alma tingi lazımi qulluq göstərilib, suvarma işləri həyata keçirilib. 

Qədim əkinçilik diyarında bu gün keçirilən ağacəkmə aksiyasında ümumilikdə 1650 ting əkilib, 4 hektarda yeni bağ salınıb.

Bu gün həmçinin rayonun ayrı-ayrı kənd mərkəzlərində, park və xiyabanlarda da təmizlik işləri görülüb, səliqə-sahman yaradılıb. Aksiyada 4 min 250 nəfər iştirak edib.

YAP-nın üzvləri Babək rayonunda da gedən quruculuq və ekoloji tədbirlərin icrasında yaxından iştirak edirlər. Bu rayonda keçirilən növbəti yaşıllaşdırma tədbirlərində də bunun bir daha şahidi olduq. Rayonun  idarə, müəssisə və təşkilat kollektivlərinin   iştirakı ilə Araz kəndinə gedən yolun ətrafındakı bələdiyyə torpaqlarını əhatə edən 1,5  hektardan artıq ərazidə ağacəkmələr həyata keçirilib, yeni tinglər əkilib.   

Ağacəkmə aksiyası zamanı ərazidə ümumilikdə mindən artıq badam tingi əkilib və suvarılıb.

Əbəs yerə deyil ki, Ordubadı bağlar diyarı adlandırırlar. Çünki bu diyarın zəhmətkeşləri hər zaman muxtar respublikada aparılan yaşıllaşdırma tədbirlərinin öncülləri sırasında olub, minlərlə hektar meyvə bağları salıblar.

Mövsümün ilk ağacəkməsini mütəşəkkil təşkil edən ordubadlılar Aza-Düylün magistral yolunun kənarında yeni meyvə bağı salıb, 1 hektar ərazidə 450 meyvə tingi əkiblər.

Vənənd və Dırnıs bələdiyyələrinin təşəbbüsü ilə bələdiyyələrə məxsus müvafiq ərazilərdə də yeni meyvə bağı salınıb, 1 hektardan artıq ərazidə 580 meyvə tingi əkilib.

Aksiya iştirakçıları həmçinin Kələki kəndində aparılan kompleks quruculuq işlərinə yeni yaşıl naxışlar əlavə ediblər. İnşası dava etdiriləm məktəb, kənd mərkəzi və xidmət mərkəzi binalarının ətrafında abadlıq-yaşıllaşdırma işləri görülüb, yüzlərlə gül kolu, həmişəyaşıl və meyvə ağacları əkilib.

Bu gün Ordubadda keçirilən ağacəkmə aksiyaları çərçivəsində ümumilikdə 2120 meyvə, 450 gül kolu və 40 həmişəyaşıl ağac  əkilib. 2150 rayon sakini bu xeyirxah kampaniyaya mütəşəkkilliklə qoşularaq ana təbiətə məhəbbətlərini, vətəndaşlıq borclarını nümayiş etdirib.

Son illər Culfa rayonunda həyata keçirilən yaşıllaşdırma tədbirləri çərçivəsində hektarlarla sahədə yeni meyvə bağları salınıb, rayon əhalisinin səyi nəticəsində Culfa gündən-günə gözəlləşib.

Ekoloji tədbirlər Yeni Azərbayan Partiyasının 30 ilinin qeyd olunduğu bu günlərdə də uğurla davam etdirilib. Bu məqsədlə rayonun bütün yaşayış məntəqələrində ağacəkmələr həyata keçirilib.

Yaşıllaşdırma və abadlıq tədbirlərində fəal iştirak edən rayon ictimaiyyətinin nümayəndələri rayonda ayrı-ayrı yaşayış məntəqlərində 2 mindən çox iştirakçı ümumilikdə 8 hektara yaxın ərazidə 3 mindən artıq meyvə ağacı əkib. Aksiya iştirakçıları Darıdağ müalicə və istirahət kompleksinin ətrafında yeni bağ salıb, 1500 meşə ağacı əkiblər.

Bundan başqa bərpa məqsədilə 2,5 hektarlıq mövcud yaşıllıq sahələrində 600 meyvə və meşə ağacları əkilib.

Ümummilli liderimiz Heydər Əliyevin quruculuq xəttinin işığında yaranıb inkişaf edən Kəngərli rayonu bu gün müasir yaşayış məntəqələri ilə yanaşı, həm də yaşıl örtüyü ilə diqqəti cəlb edir. YAP fəallarının iştirakı ilə aparılan abadlıq və yaşıllaşdırma tədbirləri nəticəsində bir zamanlar quru və boz çölləri indi yamyaşıl ağaclar bəzəyir.

Bu gün mövsümün ilk ağacəkmə aksiyasını keçirən rayonun ayrı-ayrı idarə, müəssisə və təşkilatlarının əməkdaşları Kəngərlinin yaşıllıq sahələrinini daha da genişlədiriblər.

Naxçıvan Sədərək avtomobil yolunun Qabıllı kəndindən keçən hissəsində əkin üçün hazırlanmış 5 hektar ərazidə ilkin olaraq 500 ərik tingi, Xok kəndi ərazisində yerləşən 10 hektarlıq badam bağlarında isə bərpa məqsədilə 700 ting əkilib, ağaclara qulluq göstərilib, ərazi alaq otlarından təmizlənərək səliqə sahman yaradılıb.

 “YAP-ın 30 illiyinə 30 min ağacla” çağırıçına Şahbuz rayonunda da minlərlə sakin qoşulub. Rayon ictimaiyyətinin nümayəndələri Qızılqışlaq kəndində bələdiyəyə aid 1 hektarlıq sahədə yeni cəvi bağı salıb, əraziyə 400 ədəd tingi basdırıblar. İdarə, müəssis və təşkilat kollektivləri ilə yanaşı, kənd sakinəri də yaşıllaşdırma tədbirində yaxından iştirak ediblər.

Rayonun Daylaqlı kəndindəki bələdiyyə məxsus ərazidə çalışanlar isə yeni üzüm bağı salıblar. 2 hektar ərazini əhatə edən yeni bağda 2300 üzüm tənəyi əkilib və suvarılıb.

Yaşıllaşdırma tədbirləri rayonun Kükü kəndində də davam etdirilib, Kənd mərkəzi və məktəbin həyətində ağaclara, gülkarlıqlara qulluq göstərilib.

YAP-nın 30 illiyi münasibətilə keçirilən mövsümün ilk ağacəkmə aksiyası digər rayonlarımızda olduğu kimi, Sədərəkdə geniş şəkildə keçirilib. Ayrı-ayrı idarə, müəssisə və təşkilatların əməkdaşları tərəfindən aparılan aksiya rayonun müxtəlif ərazilərini əhatə edib.

Aksiya çərçivəsində Heydərabad qəsəbəsində 1,6 hektar ərazidə  mindən artıq yeni ağac əkilib, 2 hektar ərazidə bərpa işləri aparılıb. Dəmirçi-Sədərək yolunun kənarlarında da yeni yaşıllıq zolağı salan aksiya iştirakçıları əraziyə 1200 meşə ağacıəkiblər.

Yaşılladırma tədbirləri Gömrük İdarəsi və rayonun ümumtəhsil məktəblərinin yaşıllıq sahələrində də davam etdirilib.

Aksiyaya qoşulan rayon ictimaiyyəti tərəfindən əkilən ağaclara lazımi şəkildə qulluq göstərilib, suvarma işləri aparılıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Naxçıvan təbiətinin öyrənilməsi, qorunması və təbliğində gənclərin rolunun artırılması və təbiəti sevən gələcəyin formalaşdırılması məqsədilə növbəti “Ekologiya  könüllüləri”nin seçiminə başlayıb. Hər kəs ekologiya könüllüsü olmağa dəvətlidir. Bunun üçün nazirliyin saytına daxil olub qeydiyyatdan keçə bilərsiniz.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: