Ordubadda yeni meyvə bağları salınır - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ordubad rayonunun Dəstə, Sabirkənd, Aza və digər yaşayış məntəqələrində növbəti ağacəkmə aksiyaları keçirilib, yeni bağlar salınıb.
Sabirkəndə aksiya iştirakçıları əvvəlcədən şumlanıb hamarlanan, münbitləşdirilən kənd bələdiyyəsinə məxsus ərazidə yeni ərik bağı salıblar. Texnikanın qüvvəsi ilə şırımlar açılıb, sahəyə məhsuldar tinglər salınıb.
Bununla da yaşıllıqlarla əhatə olunan Sabirkənddə meyvə bağlarının ümumi sahəsi 25 hektara çatdırılıb.
Qeyd edək ki, Ordubad rayonunun Dəstə, Aza, Düylün və digər yaşayış məntəqələrində də yeni meyvə bağları salınıb, yaşıllıqların sahələri genişləndirilib.
Məhəmməd Fərəcov