Naxçıvandakı təbii müalicə mərkəzlərinə mediatur təşkil edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının sanatoriya-kurort yollayışı verilən müalicə mərkəzlərinə mediatur təşkil edilib.

Media nümayəndələri “Duzdağ” Fizioterapiya Mərkəzi, “Darıdağ” Arsenli Su Müalicəxanası və Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində olublar. Burada şəhid ailələrinin üzvləri, qazilər, həmçinin digər imtiyazlı kateqoriyadan olan şəxslərə göstərilən xidmətlərlə tanış olublar. “Duzdağ” Fizioterapiya Mərkəzinin effektiv müalicəsini qəbul edən şəxslər mərkəzin imkanlarının bu baxımdan əvəzsiz olduğunu bildiriblər.

Məlumat verilib ki, sözügedən mərkəzlərə bronxial astma, əsəb, qaraciyər və öd yolları, revmotoloji və başqa xəstəlikləri olan vətəndaşlar qəbul edilir və onlar səmərəli fizioterapevtik müalicə prosedurlarından keçirlər. Bu prosedurlar nəticəsində xəstələrdə pozitiv dəyişikliklər müşahidə edilir. Pasiyentlər “Darıdağ” Arsenli Su Müalicəxanasında 9 günlük prosedurdan sonra xəstəliklərinin xeyli yüngülləşdiyini vurğulayıblar.

Qeyd edək ki, hər il ölkəmizin müxtəlif bölgələrindən bu kateqoriyadan olan şəxslər muxtar respublikaya gəlir və buradakı  müxtəlif təyinatlı tibbi müəssisələrində zəruri tibbi müayinədən keçirlər.

Mediatur çərçivəsində qonaqların muxtar respublikanın turizm obyektlərinə gəzintisi də təşkil olunur.

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: