Milli Məclisin deputatı İstanbulda Hüseyn Cavidin ildönümünə həsr olunan tədbirdə iştirak edəcək

A- A A+

Milli Məclisin deputatı Rafael Hüseynov mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin 140-cı ildönümünə həsr olunan tədbirdə iştirak etmək üçün noyabrın 24-də Türkiyənin İstanbul şəhərinə səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Hüseyn Cavidin 140 illik yubileyi çərçivəsində Azərbaycanın İstanbuldakı Baş konsulluğu tərəfindən təşkil olunmuş tədbirdə ədəbiyyatımızın görkəmli nümayəndəsinin həyat və yaradıcılığı ilə bağlı çıxışlar ediləcək, ədibin əsərlərindən nümunələr təqdim olunacaq.

Səfər noyabrın 26-da başa çatacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: