Culfada məhdud fiziki imkanlı uşaqların əl işləri sərgilənib - FOTOLAR
Culfa rayonunda məhdud fiziki imkanlı uşaqların əl işlərindən ibarət sərgi təşkil edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova, Culfa Rayon Təhsil şöbəsinin müdiri Mehdixan Əliyev və Mədəniyyət Şöbəsinin müdiri Pərvin Həsənov çıxış edərək xüsusi sağlamlıq imkanları məhdud uşaqların hərtərəfli inkişafı, təhsil hüquqlarının təmin olunması, eləcə də onların istedadlarının üzə çıxarılması və inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıblar.
Qeyd olunub ki, belə tədbirlərin keçirilməsi fiziki məhdudiyyəti olan uşaqların yaradıcılıq imkanlarının inkişaf etdirilməsində mühüm rol oynayaraq onlara stimul verir.
Sonra sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə iştirak edən müvafiq kateqoriyadan olan uşaqların əl işləri əsasında onların yaradıcılıq imkanları qiymətləndirilib.
Əl işi sərgilənən 15 uşağa diplom və hədiyyələr təqdim edilib.
Sevda Əliyeva