“Arazboyu” Dövlət Təbiət Yasaqlığının Araz Su Anbarı ərazisində monitorinq keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin əməkdaşları “Arazboyu” Dövlət Təbiət Yasaqlığının Araz Su Anbarı ərazisində monitorinq keçirib və köçəri quşların qışlama şəraiti ilə maraqlanıblar.

Əraziyə baxış zamanı xəstə, ölmüş heyvan və quş cəsədləri aşkar edilməyib. Çöl heyvanlarının və quşların olduğu sahələrdə baytarlıq xidməti tərəfindən dezinfeksiya tədbirləri də görülüb.

Qeyd edək ki, “Arazboyu” Dövlət Təbiət Yasaqlığı ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan fauna növləri yaşayır. Yasaqlıq ərazisi miqrasiya dəhlizi olduğundan köçəri quşlar bu ərazilərə yuvalayıb nəsil artırmaq, qışlamaq və qidalanmaq üçün köç edirlər.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: