Diyarımızın tarixi və turizm obyektlərinə ziyarət təşkil edilib - FOTOLAR

206

Ölkəmizin digər regionlarından gələn bir qrup sosial qayğıya ehtiyacı olan şəxs muxtar respublikada müalicə almaqla yanaşı, diyarımızın turizm əhəmiyyətli məkanlarını da ziyarət edirlər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gəzinti çərçivəsində qonaqlar “Xan sarayı” Dövlət Tarix-Memarlıq, Möminə xatun və Açıq Səma Altında Muzey Kompleksində olublar. Əcəmi seyrangahında yerləşən memarlıq nümunələrinin hər biri barədə qonaqlara geniş məlumatlar verilib.

Şəhid ailəsi üzvləri, qazilər və müvafiq kateqoriyadan olan şəxslər “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksini də ziyarət ediblər. Məlumat verilib ki, dünyamiqyaslı dini-mədəni abidə kompleksi təkcə ziyarətgah deyil, həm də Azərbaycanın ən qədim tarixi abidələrindən biridir. Hər il buraya ölkəmizin digər regionlarından, eləcə də dünyanın müxtəlif ölkələrindən zəvvarlar, turistlər gəlir, bu möcüzəvi məkanın əyani şahidi olurlar.

Leyla Cəfərzadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: