Milli Məclis “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsini ikinci oxunuşda təsdiqləyib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qanun layihəsi Milli Məclisin noyabrın 25-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Fondun 2023-cü il üçün gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 263 milyon 970 min manat proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 657,7 milyon manat və ya 11,7 faiz çoxdur.