Naxçıvan daimi nümayəndəliyində görüş - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Yaponiyanın Azərbaycandakı Səfirliyinin birinci Katibi-İqtisadi İşlər və İnkişaf üzrə Əməkdaşlıq şöbəsinin rəhbəri Takaaki Usui ilə görüşüb. Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin binasında baş tutan görüşdə bir çox iqtisadi layihələr müzakirə edilib.