Naxçıvan dəmiryolçuları peşə bayramlarını qeyd ediblər - FOTOLAR
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində“ Azərbaycan Dəmiryolu İşçilərinin Peşə Bayramı Günü” münasibəti ilətədbir keçirilib.
NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyev tədbir iştirakçılarını dəmiryolu işçilərinin peşə bayramı günü münasibətilə təbrik edib. Bildirib ki, muxtar respublikamızda iqtisadiyyatın bütün sahələrinin inkişafı ilə yanaşı görülən işlər sırasında dəmiryolu nəqliyyatının fəaliyyəti də mühüm əhəmiyyət kəsb edir. Aparılan tikinti-quruculuq işləri nəticəsində Naxçıvan Dəmiryolları Məhdud Məsuliyyətli Cəmiyyətinin tabeliyindəki obyektlərin infarstrukturugücləndirilib. Bu ilin aprel ayında Ordubad dəmiryol sərnişin vağzalı və Yol Sahəsinin inzibati binaları, Ordubad İdarəetmə Mərkəzi və Yol Sahəsinin yardımçı binaları, yük anbarı, sərnişin və yük platformaları, kompleks tikinti, yenidənqurma və əsaslı təmir işlərindən sonra istifadəyə verilib.
Culfa stansiyasında müasir tələblərə cavab verən yeni İstismar Vaqon Deposunun tikintisi isə davam etdirilir. Ordubad-Vəlidağ sahəsində istismar olunmaq üçün Bakı şəhərindən Avropa istehsalı olan 8 yeni oturacaqtipli sərnişin vaqonu alınıb.
Bu ilin 9 ayında Naxçıvan Dəmiryolları Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə 121 min 134 sərnişin, eyni zamanda 84 min 840 ton yük daşınıb. Yol sahələri üzrə sağlamlaşdırma işləri aparılması məqsədilə 6 min 480 təzə ağac şpal gətirilib.
Diqqətə çatdırılıb ki, İran İslam respublikası ilə Culfa dəmiryolu stansiyası arasında rabitə əlaqəsinin yaxşılaşdırılmasıməqsədilə 1800 metr uzunluğunda rabitə kabelindən istifadə olunmaqla yeni rabitə xətti çəkilib.
Qeyd edib ki, qış mövsümünə hazırlıq məsələləri daim diqqət mərkəzində saxlanılıb və bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə istismarda olan bütün sərnişin vaqonlarının istilik sistemləri yoxlanılıb. Vaqonların və bəzi aralıq stansiyalarında növbətçi otaqların qış mövsümündə normal qızdırılması üçün 38,5 ton daşkömür ehtiyatı yaradılıb.
Həmçinin vurğulanıb ki, dövlətimiz tərəfindən muxtar respublika dəmiryolçularının əməyi yüksək qiymətləndirilərək dəmiryolu işçilərinin peşə bayramı münasibətiləÖlkə başçısının sərəncamı ilə 3 dəmiryolçuya “Tərəqqi” medalı verilib.
Digər çıxış edənlər dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsini onların əməyinə verilən qiymət və dəmiryolçulara göstərilən diqqət və qayğının təzahürü kimi qiymətləndiriblər.
Sonra bir qrup dəmir yolu işçisinə “fəxri fərman” və pul mükafatları təqdim olunub.
Cavid Səfərli