Tesla ilk elektrik yük avtomobilini təqdim edib - VİDEO

A- A A+

Tesla ilk elektrik yük avtomobili Tesla Semi-ni təqdim edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təqdimat şirkətin internet saytında yayımlanıb.

Təqdimatda şirkətin təsisçisi və rəhbəri İlon Mask iştirak edib. O, şəxsən yük avtomobilinin sükanı arxasında səhnəyə çıxıb.

Şirkətin məlumatına görə, yük avtomobili bir dəfə enerji yığmaqla 500 mil (təxminən 800 km) qət edə bilir. Eyni zamanda, qoşqunun yükgötürmə qabiliyyəti 37 tona yaxındır.

Maskın sözlərinə görə, yük avtomobili “ultra sürətli enerji doldurma” ilə təchiz edilib. Onu tam doldurmaq üçün nə qədər vaxt lazım olacaq, o, dəqiqləşdirməyib.

Həmçinin Mask avtomobilin pilotsuz idarəetmə sistemi ilə təchiz edilib-edilməyəcəyini və Tesla-nın yaxın gələcəkdə nə qədər belə traktor istehsal etmək niyyətində olduğunu qeyd etməyib.

Mask 2017-ci ildə Tesla traktorunun prototipini təqdim etmişdi. 

Dekabrın 1-dən Tesla Semi-nin təhvili prosesinə də start verilib. İlk Tesla yük avtomobilləri Pepsi şirkətinə verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: