Dövlət İmtahan Mərkəzi tərəfindən vətəndaşlara səyyar xidmət göstərilib - FOTOLAR

A- A A+

Dövlət İmtahan Mərkəzinin əməkdaşları və könüllülərdən ibarət səyyar xidmət qrupu Şərur və Ordubad rayonlarında yaşayan sakinlərə xidmət göstərib. Mərkəzin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, ümumilikdə 3 istiqamət üzrə - müəllimlərin dövlət ümumtəhsil müəssisələrinə, Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinə və dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün elan edilmiş müsabiqələrdə vətəndaşların iştirakını təmin etmək məqsədilə qeydiyyatdan keçməkdə çətinlik çəkənlərə operativ köməklik göstərilib.

Səyyar xidmət zamanı könüllülər təlimlərdə əldə etdiyi bilikləri tətbiq edərək mərkəzin əməkdaşının müşayiəti ilə vətəndaşlarla birbaşa ünsiyyətdə olub, onlardan müsabiqədə iştirak etmək üçün lazımi sənədləri qəbul edib və qeydiyyatdan keçirərək müsabiqədə iştiraklarını təsdiq ediblər.

Ümumilikdə rayonlarda yaşayan 24 vətəndaş səyyar xidmətdən yararlanıb. Qeyd edək ki, səyyar xidmət layihəsinin məqsədi vaxt və maliyyə itkisinin qarşısının alınması, rayonlarda yaşayan, elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən, Dövlət İmtahan Mərkəzinin inzibati binasına gələ bilməyən vətəndaşlara səyyar elektron xidmət göstərməkdir. Bundan başqa səyyar xidmət vətəndaşların müraciətlərini operativ şəkildə cavablandırmağa, sənədləşmə işlərinin yerində və qısa zamanda həll edilməsinə də imkan yaradır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: