Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması ehtimalı var

A- A A+

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 5-i saat 12:00-a olan məlumatına əsasən, Daşkəsən, Gədəbəy, Naftalan, Gəncə, Şəmkir, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Quba, Şabran, Tərtər, Yardımlı rayonlarına qar yağır.

Xidmətdən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4°-dək, Aran rayonlarında 3°-dək isti, dağlıq rayonlarda 5-8°, yüksək dağlıq ərazilərdə 11-13° şaxta qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunan soyuq, şaxtalı hava şəraiti ilə əlaqədar dağlıq rayonlarda yolların buz bağlaması ehtimalı var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: