Ölümdən başqa hər şeyə çarə olan bitki

A- A A+
Ölümdən başqa hər dərdə çarə sayılan çörəkotu ürək xəstəlikləri və depressiya kimi fiziki və ruhi problemlər zamanı belə insana yardımçı olur. NUHÇIXAN xəbər verir ki, vaxtilə Misir kraliçası Kleopatra da gəncləşmək və gözəlləşmək üçün çörəkotundan istifadə edib. Müasir dövrümüzdə babasil, ishal və qrip kimi xəstəliklərin müalicəsinə çörəkotu kömək edir. Almaniyada aparılan bir araşdırmada çörək otunun allergik xəstəliklərin müalicəsində çox faydalı olduğu, eyni zamanda hormonları balanslaşdırdığı və depressiyadan çıxmağa kömək etdiyi məlum olub. Gündə bir ovuc çörəkotu yuxusuzluq probleminizin ortadan qalxmasına kömək edəcək. Stress zamanı isə rahatlıq gətirəcək. Çörəkotunun faydaları arasında ürək sağlamlığı da var. Son araşdırmalara görə, çörəkotunun qaraciyəri kanserogen təsirlərdən qoruduğu və qaraciyər xərçənginin şiddətini yavaşlatdığı ortaya çıxıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: