Muxtar respublikada 25 mindən artıq pensiyaçının pensiya işi yeni sistemə daxil edilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Rəqəmsal İnnovasiya Mərkəzinin mütəxəssisləri tərəfindən Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində Naxçıvan Muxtar Respublikası Pensiya təyinatı alt sisteminin yaradılması ilə əlaqədar olaraq muxtar respublika üzrə 43 min əmək pensiyaçısının 25 mindən artığının pensiya işləri alt sistemə daxil edilib. Pensiya təyinatı alt sistemi əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, əmək pensiyalarının ödənişinin həyata keçirilməsini və digər bu kimi əməliyyatları avtomatik qaydada həyata keçirir. Sistemə əmək pensiyası təyin olunması üçün müraciət etmiş şəxslərin fərdi identifikasiya nömrələrini daxil etməklə əldə edilən pensiya kapitalının aylar və illər üzrə məlumatları əsasında onlara əmək pensiyası təyin olunur.

Qeyd edək ki, ümumilikdə dekabr ayı üçün pensiya ödənişinə 15 milyon 370 min 550 manat, məcburi dövlət sosial sığortası haqları hesabına müavinətlərin verilməsinə isə 366 min 110 manat vəsait pensiya və müavinət alan şəxslərin ödəniş kartlarına köçürülüb.  Bundan başqa qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına da pensiya məbləğlərinin 10 faizi məbləğində maddi yardımın ödənilməsi təmin edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: