Naxçıvanda fəal könüllü gənclər mükafatlandırılıb - FOTOLAR

A- A A+

Beynəlxalq Könüllülər Günü münasibətilə təşkil olunan “Naxçıvan könüllülərinin birlik həftəsi”nə yekun vurulub. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ötən gün Naxçıvan Saray Kompleksində könüllülərin mükafatlandırma tədbiri keçirilib.

Tədbirdə  Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxış edərək bildiriblər ki, son illər muxtar respublikada gənclərlə iş, könüllülük prinsipləri sosial siyasətin mühüm tərkib hissəsinə çevrilib. Bu məqsədlə yeni layihələr, proqramlar icra olunur.

Vurğulanıb ki, müxtəlif qurumlarda könüllü fəaliyyətə cəlb olunan gənclər yaxşı təcrübə qazanır və onların əldə etdikləri bilik və bacarıqlar gələcəkdə peşəkar kadr ehtiyatının formalaşmasına töhfə verir. 

Çıxış edənlər Beynəlxalq Könüllülər Günü münasibətilə gəncləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıblar.

Gənc könüllü Məşdi Ələkbərov çıxışında könüllülük fəaliyyətinin əhəmiyyətindən söz açıb, yaradılan şəraitə görə minnətdarlıq edib.

Sonra il ərzində müxtəlif sahələrdə fərqlənən sosial könüllülərə, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin məzunlarına və “Naxçıvan könüllülərinin birlik həftəsi” çərçivəsində keçirilən “Dostluq kuboku” intellektual oyununun qalibi olan könüllülərə sertifikat və mükafatlar təqdim edilib.  

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, Naxçıvanda sosial könüllülük akademiyasına bu günə qədər 100-dən artıq könüllü qəbul edilib. Onlardan 54-ü məzun olub.

Şəfa Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: