Tələbələr təcrübə məşğələsi keçiblər - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hamilik proqramı haqqında müvafiq sərəncamından irəli gələn vəzifələrin icrasına uyğun olaraq NDU-nun Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Coğrafiya ixtisasında təhsil alan 2-ci kurs tələbələri təcrübəyə cəlb olunublar.

Naxçıvan Muxtar Respublikası Kənd təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, təcrübə məşğələsi “Araz” Elm İstehsalat Birliyinin Aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizləri laboratoriyasında keçirilib.

Təcrübə zamanı tələbələrə laboratoriyada torpaq mülkiyyətçilərinin təqdim etdiyi torpaq nümunələrində torpaq məhlulunun reaksiyası, elektrik keçiriciliyi, mexaniki tərkibi, humusun, azotun, fosforun və kaliumun təyini analizlərinin aparılması əyani olaraq göstərilib və  onları maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: