Dünya Bankının baş mütəxəssisi: Azərbaycanda ciddi şəkildə su azlığı müşahidə olunur

317

Azərbaycanda ciddi şəkildə su azlığı müşahidə olunur. Ölkə ərazisinin 42%-i torpaq eroziyasına məruzdur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Dünya Bankının Avropa və Mərkəzi Asiya Dayanıqlı İnkişaf Departamentinin Ətraf Mühit, Təbii Sərvətlər və Mavi İqtisadiyyat üzrə baş mütəxəssisi Saşa Ayxberqer çıxışı zamanı bildirib.

"Bu da, çox güman ki, torpağın daha aşağı məhsuldarlığının (1,2% qədər) və bundan irəli gələn ÜDM itkilərinin səbəbidir. Material məhsuldarlığı oxşar ölkələrə nisbətən daha aşağıdır və enerji istifadəsi olan sektorların əksəriyyətində enerji və emissiya yükü daha yüksəkdir. İqlim dəyişikliyi təbii aktivlərin həyat qabiliyyətinə mənfi təsir göstərəcək. Buna baxmayaraq, Azərbaycanda ətraf mühitə xərclər Aİ dövlətlərindən 20 dəfə aşağıdır. Bu xərclərə su resurlarının istifadəsi və mühafizəsi, havanın mühafizəsi, torpağın rekultivasiya, tullantıların utilizasiyası kimi xərclər aiddir və bunlar iqlim dəyişikliklərinə adaptasiya üçün kritik sahələrdir. Bu ciddi çətinliklər hələ də həllini gözləyir, lakin ilk addım olaraq, sistem dəyişikliklərinə investisiya, iqlim dayanıqlılığın artırılması və ətraf mühitin yaxşılaşdırılması üçün adaptasiya tədbirləri, təbii kapitalın mühafizəsi, aktivlərin diversifikasiyası və karbonsuzlaşdırma təbii sərvətlər bazasının qorunmasında ölkəyə köməklik edəcək", - deyə S.Auxberqer bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: