Ötən ay 4 vergi ödəyicisi qanunvericiliyin tələblərini pozub

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə  bildirilib ki, Xidmətin  və onun yerli qurumlarının əməkdaşları tərəfindən noyabr ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə  aparılan yoxlama və monitorinqlər zamanı 4 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub.

Operativ vergi nəzarəti tədbirləri zamanı 1 vergi ödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması, 2 şəxsdə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in alınmaması, 1 şəxsin isə vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktları aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: