Ötən ay 709 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, noyabr ayında 709 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 599 texniki sənəd hazırlanıb, yeni yaranan 41 daşınmaz əmlak obyektinə ünvan verilib, 105 torpaq sahəsinin planı və ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb, məhdudiyyət və yüklülüyə dair 517 arayış verilib.

Xidmətin fəaliyyət istiqamətləri üzrə təqdim etdiyi elektron xidmətlərə hüquqi və fiziki şəxslər tərəfindən daxil olan 122 müraciət qəbul edilərək icra olunub.  Ay ərzində muxtar respublika üzrə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan kənd təsərrüfatına yararlı, dəmyə əkin sahələrinin uçotu aparılıb, kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranan hüquqlara dair 1137 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib. Həmçinin 8 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 4 ailə təsərrüfatının icarəsinə verilən torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.

Ötən ay ərzində əhali arasında maarifləndirici tədbirlər də keçirilib, vətəndaşlara səyyar xidmət göstərilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: