Dağıstandakı zəlzələ Azərbaycanda 4-3 bala qədər hiss olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Zəlzələnin tədqiqatı bürosunun məlumatına əsasən Dağıstanda - Mahaçkaladan 82 kilometr cənub qərbdə zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycan ərazisinin Rusiya ilə sərhəd rayonlarında 4-3 bala qədər hiss olunub.