Kamran Əliyev: Qarabağa qanunsuz səfərlərin təşkili yolverilməzdir

A- A A+

Qarabağa qanunsuz səfərlərin təşkili və ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarı yolverilməzdir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Azərbaycanın baş prokuroru Kamran Əliyev Moskvada Rusiya və Ermənistandan olan həmkarları ilə keçirilən görüşdə deyib.

Baş prokuror Birinci və İkinci Qarabağ müharibələrindən sonra itkin düşmüş şəxslərin tapılması istiqamətində birgə fəaliyyətin vacibliyinə toxunub, bu prosesin davam etdirilməsinin önəmini vurğulayıb.

“Azərbaycan tərəfindən 2020-ci il 10 noyabr tarixli və 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatlara tam şəkildə riayət olunur”, - deyə K.Əliyev qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: