“Əbədiyaşar lider-Heydər Əliyev” mövzusunda tədbir keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı və Naxçıvan Dövlət Universitetinin tələbə və müəllimlərinin iştirakı ilə Heydər Əliyev Muzeyində “Əbədiyaşar lider - Heydər Əliyev” mövzusunda tədbir keçirilib.
Tədbirdə Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq mərkəzinin elmi katibi Nihad Tarverdiyev, Naxçıvan Dövlət Universitetinin Ümumi tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov və həmin kafedranın dosenti, tarix üzrə fəlsəfə doktoru Rəsul Bağırov çıxış ediblər.
Çıxışlarda ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından bəhs edilib. Görkəmli dövlət xadiminin mədəniyyətimizin, elmimizin və təhsilimizin hərtərəfli inkişafı üçün gördüyü işlərin konkret nəticələr verdiyi vurğulanıb. Qeyd olunub ki, bütün varlığı ilə Vətənə və xalqına bağlı olan ümummilli lider Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə həsr edib.
Ümummilli liderimizin elm, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz xidmətlərindən də bəhs edilib, bu missiyanın Prezident İlham Əliyev tərəfindən uğurla və əzmlə davam etdirildiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa edilib, 30 il düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşub.
Sonra tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə yaxından tanış olublar
Şəfa Səfərov