Ətraf mühitin mühafizəsi sahəsində görülən işlər müzakirə olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində cari ildə ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən tədbirlərlə bağlı iclas keçirilib.

İclasda Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Mayis Əliyev bildirib ki, cari ildə muxtar respublika ərazisində 435,5 hektar sahədə yaşıllaşdırma, meşəsalma və meşəbərpa tədbirlərinin həyata keçirilməsi, 300 minə yaxın müxtəlif meyvə və meşə tingləri əkilməsi nəzərdə tutulub. Bu günədək 79,8 hektar sahədə meyvə, 6,7 hektar sahədə üzüm, 175 hektar sahədə meşəbərpa, 170 hektar sahədə  isə toxumla əkin işləri aparılıb. İl ərzində yaşıllaşdırma tədbirləri aparılan sahələrin 247 hektarı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ona tabe idarə və təşkilatların payına düşüb. Əkinlərdə nazirliyin tingçilik təsərrüfatlarında yetişdirilən 100 mindən artıq ting materialından istifadə olunub. Fərdi təsərrüfatla məşğul olan fiziki şəxs 2 minə yaxın müxtəlif meyvə tingləri ilə təmin edilib.

"Ötən dövrdə Sədərək Rayon Su Monitorinq Laboratoriyasında Araz, Arpaçay və Sədərək rayonu ərazisindəki "Şir arxından" ümumilikdə 138 su nümunəsi götürülüb, 1587 laborator analiz aparılıb. Həmçinin ekoloji qanuna zidd halların qarşısının alınması məqsədilə aidiyyatı orqanlarla birlikdə 530 reyd-yoxlama aparılıb, 72 inzibati xəta halı qeydə alınıb", -deyə nazir bildirib.

Vurğulanıb ki, ekoloji baxımdan istifadəyə yararlı 23 min 961 hektar otlaq sahəsi fermer və fərdi təsərrüfat sahiblərinin istifadəsinə verilib.  Həmçinin ilin əvvəlindən yabanı faunanın mühafizəsi məqsədilə 5700 kiloqram daşduz, qaba yem kütləsi və meyvə-tərəvəz qalıqları ərazilərə dağıdılıb.

Məruzə ətrafında nazirliyin aid şöbələrinin əməkdaşları, park və yasaqlıqların direktorlarının çıxışları dinlənilib, ətraf mühitin mühafizəsi sahəsində yol verilən nöqsanlar müzakirə olunub, 2023-cü ildə görüləcək işlər müzakirə olunub.

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: