Naxçıvanda ödənişsiz hüquqi yardım aksiyası keçirilib - FOTOLAR

A- A A+

Hər il dekabrın 10-u dünyada İnsan Hüquqları Günü kimi qeyd olunur. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün münasibətilə muxtar respublikada ödənişsiz hüquqi yardım aksiyası keçirilib.

Naxçıvan şəhər, Babək və Şahbuz rayon sakinləri üçün Naxçıvan Şəhər Məhkəməsində, Sədərək, Şərur və Kəngərli rayon sakinləri üçün Şərur Rayon Məhkəməsində, Ordubad və Culfa rayon sakinləri üçün isə Culfa Rayon Məhkəməsində təşkil olunan aksiyanın məqsədi muxtar respublika sakinlərinin ödənişsiz hüquqi yardım almalarına köməklik göstərməkdən ibarətdir.

Aksiya zamanı 45 sakinə vəkil və mediasiya xidmətləri göstərilib, onları maraqlandıran suallar cavablandırılıb, qanunvericiliyin müddəaları izah edilib, yazılı və şifahi məsləhətlər verilib.

Hüquqi yardım aksiyası Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin birgə təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası və Naxçıvan Mediasiya Təşkilatının iştirakı ilə həyata keçirilib.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: