Sosial könüllülər Kəngərli rayonunda tənha ahıllara baş çəkiblər - FOTOLAR
Muxtar respublikada ahıl vətəndaşlara göstərilən sosial xidmətlərə sosial könüllülər də cəlb edilir və onlar köməyə ehtiyacı olan tənha ahılları evlərində ziyarət edirlər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, növbəti ziyarət Kəngərli rayonunun Çalxanqala kəndinə təşkil olunub. Könüllülər kənddə sosial xidmət göstərilən tənha ahıllara baş çəkib, onlara məişət işlərində köməklik göstəriblər. Ahıl vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Xosrov İbrahimov