Culfa rayonunun ən böyük yaşayış məntəqəsi olan Yaycı kəndini içməli su ilə təmin etmək üçün işlər ötən ilin avqust ayından başlayıb. Artıq içməli su şəbəkəsinin qurulması layihəsi üzrə işlər uğurla başa çatıb.
Belə ki, Gilançay yatağından müxtəlif diametrli borularla 16 baxış quyusu olan 520 metrlik kaptaj və ətrafında selyönəldici bənd tikilib. Kaptajdan su anbarlarına qədər plastik borularla 2,8 kilometr xətt, kənddə isə 58 kilometr daxili su şəbəkəsi çəkilib. Gilançay yatağından gətirilən içməli su hər birinin tutumu 1000 kubmetr olan 2 su anbarına yığılaraq əhalinin istifadəsinə verilir. Layihəyə əsasən kənddə 138,5 kilometr daxili su şəbəkəsi çəkilib, 1469 evə su verilməsi üçün sayğaclar quraşdırılıb. Hazırda Yaycı kəndində hər bir mənzilə 2-5 bar arasında təzyiqlə içməli su verilir. Fasiləsiz olaraq beynəlxalq standartlara cavab verən içməli su ilə təmin olunan kənd sakinləri minnətdarlıq edirlər.
Alcəfər Nurməmmədov
“Arazın səsi” qəzeti