Şərur rayonunda quruculuq işləri davam etdirilir - VİDEO
Şərur rayonunun mərkəzi aparılan davamlı abadlıq-quruculuq işləri nəticəsində ilbəil simasını dəyişir. Hazırda Şərur şəhərində 40 mənzilli, 6 mərtəbəli yaşayış binası və avtovağzal inşa olunur, digər quruculuq tədbirləri həyata keçirilir.
Aparılan quruculuq-abadlıq və yaşıllaşdırma tədbirləri sayəsində rayon mərkəzi, o cümlədən şəhərdəki Heydər Əliyev prospekti, Heydər Parkı və digər məkanlar daha gözəl görkəm alıb.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Məhəmməd Fərəcov