Jurnalistlər Kəlbəcərdə mina partlayışlarının baş verdiyi əraziyə səfər edirlər

A- A A+

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə jurnalistlərin Kəlbəcərə - dekabrın 14-də mina partlayışlarının baş verdiyi əraziyə səfəri başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, səfərin məqsədi jurnalistləri erməni hərbi birləşmələrinin 2020-ci ildən mina basdırdıqları ərazilərlə tanış etmək və onların terror hərəkətlərini dünya ictimaiyyətinə çatdırmaqdır.

Qeyd edək ki, dekabrın 14-də saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində səkkiz nəfər - təmir-tikinti işləri ilə məşğul olan şirkətin dörd əməkdaşı və təxliyə ilə bağlı hadisə yerinə yollanan dörd hərbçi minaya düşüb. Hərbçilərdən üçü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, biri isə həlak olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: